Premyer Liqa

“Qəbələ”nin futbolçusu Türkiyədə əməliyyat olunacaq

“Qəbələ”nin zədəli futbolçusu Elvin Camalov Türkiyəyə gedəcək.

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçu bu gün əməliyyat olunmaq üçün İstanbula yola düşəcək. “Acıbadem” xəstəxanasında əməliyyat olunacaq futbolçunun sol ayağının çeçələ barmağında sınıq olduğu müəyyənləşib.

Gənc müdafiəçinin nə zaman komanda ilə məşqlərə başlayacağı əməliyyatdan sonra müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43