“Qəbələ”nin futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub.
İdmanxeber.com-un məlumatına görə, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbulda baş tutub. Əməliyyat uğurla sona çatıb. Məlumata görə, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Qeyd edək ki, Elvin Azərbaycan Premyer Liqasının XVIII turunun “Zirə” ilə fevralın 12-də keçirilən səfər oyununda (2:2) zədələnmişdi. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanmış və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxmışdı.