Ölkə futbolu

“Qəbələ”nin futbolçusu Xorvatiya millisində debüt etdi

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya millisnin heyətində debüt edib.

Idmanxeber.com-un məlumatına görə, o, Çində təşkil edilən “China Cup 2017” turniri çərçivəsində Xorvatiya millisinin heyətində Çili ilə qarşılaşmada debüt edib. 25 yaşlı yarımmüdafiəçi bu görüşə start heyətdə başlayıb və 56 dəqiqə mübarizə aparıb. Ozobiç görüşün 53-cü dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, qarşılaşma 1 – 1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriasında daha dəqiq olan Çili (4:1) sevinən tərəf olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43