16 Sentyabr 2024
Kateqoriyasız

“Qəbələ”nin ilk rəqibi bəlli oldu

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 4-cü gününü iki məşqlə başa vurub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun komandası həm topla məşq edib, həm də taktiki hazırlıq üzərində də çalışıb.

Dodo, Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib. Milli komandaların heyətində olan futbolçular – Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov məşqlərdə iştirak etməyib.

“Qəbələ”nin Ərzurum toplanışı çərçivəsində ilk yoxlama oyunununda üz-üzə gələcəyi rəqib müəyyənləşib. “Qırmızı-qaralar” iyunun 15-i Ərzurumun U-21 komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43