İdman

“Qəbələ”nin İsveçrə klubu ilə görüşünün vaxtı açıqlandı

“Qəbələ”nin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində İsveçrə “Sürix”i ilə keçirəcəyi yoxlama oyununun vaxtı və stadionu açıqlanıb.

İdmanxeber.com-un “qırmızı-qaralar”ın rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə  görə, matç yanvarın 17-də “Kaya Belek” otelinin meydançasında təşkil olunacaq.  Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Türkiyənin “Akhisar” klubu ilə heç-heçə edib – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43