İdman

“Qəbələ”nin keçmiş futbolçusu Hollandiya klubunda

“Qəbələ”nin sabiq futbolçusu Rikardinyo karyerasını Hollandiyada davam etidərəcək.  

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”dan ayrıldıqdan sonra İngiltərənin “Oksford Yunayted” klubuna üz tutan futbolçu, oradan ayrılmağa qərar verib.  33 yaşlı cinah müdafiəçisi “Tvente” klubu ilə razılığa gəlib.  O, İngiltərənin bəzi klublarından təklif alsa da, “Tvente”ni seçməyə qərar verib.  

Qeyd edək ki, Rikardinyo 2015-17-ci ilərdə “Qəbələ”də çıxış edib. O, əyalət təmsilçimizin heyətində Avropa Liqasının qrup mərhələsində oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43