Ölkə futbolu

“Qəbələ”nin məşqçisi: “Fasilədən sonra “Qəbələ” daha yaxşı futbol sərgiləyəcək”

Topaz Premyer Liqasının 18-ci turunda “Qəbələ” “İnter”lə sülh bağladı – 1-1.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin məşqçisi Sənan Qurbanov matç haqqında bunları deyib:

“Oyuna yaxşı köklənmişdik. Futbolçular oyun saatını gözləyirdi. Futbolçulara təşəkkür edirəm. Meydançada canlarını qoydular. Düşünürəm ki, fasilədən sonra “Qəbələ” daha yaxşı futbol sərgiləyəcək. Ümumi götürsək, komandamız 3 xala layiq oynadı. Lakin bir qədər şanssızlıq oldu. Azarkeşlərlə Kamran Ağayev arasında insident oldu. Bunu pisləyirəm. Azarkeş oyunçunu təhqir etməməlidir. Eyni zamanda, qapıçı da buna reaksiya verməməli idi. Amma emosiyalarını saxlaya bilmədi. Futbolda belə halları pisləyirəm. Bundan öncə problemləri meydana çıxanda Kamrana dəstək olduq. Millinin qapıçısı həmişə yaxşı futbol oynayıb. Futbolçunu itirmək asandı, onu qazanmaq lazımdır. Biz də məsələyə bu prizmadan yanaşdıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43