01 Oktyabr 2020
Ölkə futbolu

“Qəbələ”nin müraciətinə müsbət cavab

Bakı Metropoliteni "Qəbələ" İdman Klubunun müraciətini cavablandırıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qurum bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişinə müsbət reaksiya verib. 

Klub bununla əlaqədar Bakı Metropoliteninə təşəkkürünü bildirib. 

Qeyd edək ki, müraciət "Qəbələ"nin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Saint-Etienne" komandası ilə saat 22:00-da start götürəcək görüşünün gec başa çatacağı ilə əlaqədar ünvanlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin sabiq üzvü “Mersin İdman Yurdu”nda!

admin

Ramil Şeydayev yeni klubundan danışıb

admin

“Sumqayıt”da yeni müqavilə

admin