Ölkə futbolu

“Qəbələ”nin Polşadakı məşqindən – FOTO

Avropa Liqasının II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubu ilə qarşılaşan “Qəbələ” iyulun 20-də keçiriləcək cavab oyununun hazırlığını davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Polşanın paytaxtı Varşavada hazırlıq keçən “qırmızı-qaralar” iyulun 17-də növbəti məşqini gerçəkləşdirib.

Komanda günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli “Drukarz” klubunun stadionunda baş tutub. “Qırmızı-qaralar” toplu və topsuz çalışmaları yerinə yetiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43