Ölkə futbolu

“Qəbələ”nin rəqibi haqqında

Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin rəqibi olan “Maribor” klubu bu Sloveniyanın eyniadlı şəhərini təmsil edir. Klubun əsası 1960-cı il 12 dekabrda qoyulub. 1991-ci ildən sonra Sloveniya əsas liqasından heç vaxt aşağı diviziona yuvarlanmamış 3 klubdan biridir. 

 

“Maribor” 9 dəfə öz ölkəsinin çempionu olub. 6 dəfə isə ölkə kubokunu başı üzərinə qaldırıblar. Sloveniyanın ən tanınmış klubudur. Klubun ən uğurlu vaxtları 1990-2000-ci illəri əhatə edir. Bu müddətdə komanda 7 dəfə üst-üstə ölkə birinciliyinin qalibi olur. Həmçinin 3 dəfə kuboka sahib çıxır. 1991-ci ildən öncə isə Sloveniyanın da daxil olduğu Yuqaslaviya çempionatında çıxış edib. “Maribor” 1946-1991-ci illər arasında keçirilən Yuqaslaviya çempionatında oynamış 3 sloven klubundan biridir. Həmçinin bu komanda 1999-2000-ci illər mövsümündə baş məşqçi Boyan Paşnikarın rəhbərliyi altında UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamaqla ölkə tarixinə düşüb.

 

Komandanın ölkə daxilində ən güclü rəqibi paytaxt Lüblyananı təmsil edən “Olimpiya” klubudur. Onlar arasındakı matç “Ölümsüz derbi” adlanır.

 

Klub ev oyunlarını 12 994 nəfər tutuma malik olan “Lyudski Vrt” stadionunda keçirir. Klubun sloqanı isə belədir – “Bir klub, bir uğur”

 

Komandanın ləqəbi “bənövşəyilər”dir.(sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43