İdman

“Qəbələ”nin rəqibi son dəqiqədə sevindi

Belçika çempionatında 6-cı tura start verilib. 

İdmanxeber.com-un məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən biri olan “Anderlext” öz meydanında “Şarlerua” ilə üz-üzə gəlib.

 

Brüssel təmsilçisi oyunun əvvəlində hesabda geri düşsə də, qarşılaşmanı qələbəylə başa vurmağı bacarıb – 3:2.

 

6 turdan sonra hesabında 12 xal olan “Anderlext” 2-ci pillədə qərarlaşıb. “Bənövşəyi-ağlar” 1-ci pillədəki “Zulte Varegem”dən 1 xal geri qalır.

 

Qeyd edək ki, “Qəbələ” qrupdakı ilk oyununu səfərdə “Anderlext”ə qarşı keçirəcək. Matç sentyabrın 15-də baş tutacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43