Kateqoriyasız

“Qəbələ”nin rəqibinin növbəti sınağı

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan PAOK bu gün Yunanıstan Superliqasında növbəti matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Saloniki təmsilçisi doğma azarkeşləri önündə AEK-i qonaq edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, PAOK geridə qalan 3 turdan sonra 4 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43