Ölkə futbolu

“Qəbələ”nin rəqibləri müəyyənləşdi

Bu gün AFFA-nın inzibati binasında U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarının final mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, tədbirdə “Qəbələ” futbol akademiyasının komandalarının AFFA-nın təşkilatçılığı ilə keçirilən liqaların final mərhələsindəki rəqibləri də müəyyənləşib. Mübarizəni davam etdirən 16 ən güclü komanda 1/8  final cütləri təşkil edib. Komandaların növbəti mərhələlərdəki potensial rəqibləri də bəlli olub. Bütün yaş qruplarında təmsil olunan “Qəbələ”nin 6 komandası mükafatlar uğrunda mübarizə aparır. U-12 Liqasında “qırmızı-qaralar”la yanaşı, UGİM də 1/8 finalda qüvvəsini sınayacaq.

U-10 Liqası, 1/8 final

“Azəri” TİM – “Qəbələ”

U-11 Liqası, 1/8 final

“Muğan” (Salyan) – “Qəbələ”

U-12 Liqası,  1/8 final

“Mil-Muğan” – UGİM (Qəbələ)

“Qəbələ” – “Təhsil” RİM (Sumqayıt)

U-13 Liqası, 1/8 final

“Qəbələ” – “Naxçıvan”

U-14 Liqası, 1/8 final

İOEUGİM (Sumqayıt) – “Qəbələ”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43