Ölkə futbolu

“Qəbələ”nin sabiq üzvü: “Kamran Ağayevi də gətirib bura qoysan 7 qol buraxar”

“Komandamız yeni yaranıb. Heyətdə cəmi 4-5 təcrübəli futbolçu var. Bunlar Əli Bağırov, Azər Həşimov, Rəhman Bağırov və mənəm. Heyətin çoxu 21 yaşlı, futbol görməyən uşaqlardı. Çöldən tutub gətirib futbolçu ediblər. İndiki zaman baxıram özümə nifrət edirəm. Mən özüm “Qəbələ”də 7 il oynamışam. Son vaxtlar da əsas heyətə düşə bilməməyimə görə, ordan ayrıldım. Formadan düşməmək üçün “Karvan”ın təklifini qəbul etdim”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Karvan”ın qapoıçısı Elnar Kərimov deyib.

“Qəbələ”nin 7 il şərəfini qorumuş, hal-hazırda isə Yevlax klubunuin uğurları üçün tər tökən qolkiper komandasının zəif çıxışını komandanın yeni olması ilə əlaqələndirərək, “Karvan”dan ayrılacağını bildirib:

“Mənə “Karvan”dan öncə “Neftçala”da, “Araz”dan təklif gəlmişdi. Ancaq ailə məsələlərimə görə, “Karvan”ı seçdim. Burada Kənan Kərimov kimi insan var. Mən ona tanıdığıma görə, bu kluba gəldim.  Bundan əlavə digər klublara getməməyim maliyə məsələsinə görə oldu. Mən bu kluba can yandırmağa gəlmişəm, yoxsa papağımı günə verməyə yox“.

Kərimov daha sonra 3 oyunda qapısında gördüyü 11 qolu belə izah edib:

“Gəl sənə adi bir misal çəkim. Misal üçün, “Qalatasaray” “Real”la oyunda 6 qol buraxdı. Bu o deməkdi ki, “Real” “Qalatasaray”dan qat-qat üstündü. Bizdə də, iddialı komandalar var. Mənim üçün xoş deyil bu qədər qol buraxmaq. Ancaq belə məğlub olmağımıza səbəb komandamızın təcrübəsiz olmasıdı. Mən özüm bu kimi şeylərlə bacarmıram. Bura Kamran Ağayevi də gətirib qoysan 7 qol buraxacaq. Ona görə, burada əsas məsələ komandanın təcrübəsiz, iddiasız olmasıdı”.

Daha sonra Yevlax klubunun qapıçısı qışda “Karvan”dan ayrılacağını bildirib:

“Mən “Karvan”la 6 aylıq müqavilə bağladım. Çünki nə olacağı məlum deyil. Ancaq indi görürəm ki, belə davam edə bilməz. Mütləq klubumu dəyişəcəm. Məni tanıyan tanıyır necə qapıçıyam”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43