Ölkə futbolu

“Qəbələ”nin “Şiroki Brieq”lə matçı canlı yayımlanacaq – RƏSMİ

İlk dəfə Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ”nin “Şiroki Brieq”lə oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 3-də baş tutacaq “Qəbələ” – “Şiroki Brieq” qarşılaşması İdman Azərbaycan telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bosniyalılarla baş tutacaq matç saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43