Ölkə futbolu

“Qəbələ”nin üzvü “Neftçi” ilə oyun öncəsi yalnız 3 xal dedi – AÇIQLAMA

"Qəbələ"nin futbolçusu Ruslan Tağızadə bugün qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi açıqlama verib.

İdmanxeber.com-a danışan əyalət klubunun gənc üzvü "Neftçi"ylə oyunda yalnız 3 xal  qazanmaq arzusunda olduqlarını dilə gətirib:

"Neftçi"ylə oyunda yalnız qələbəni hədəfləyirik. Başqa nəticə bizim üçün o qədər də xoş olmaz. Əgər qələbə qazanmaq istəyiriksə "Neftçi"dən ikiqat artıq işləməliyik. Çətin olacaq. Ancaq çox xal itirmişik. Düzdü çempionat hələ qabağdadı. Bundan əlavə "Qarabağ"ın da "Bakı"yla çətin oyunu var. Biz qələbə qazana bilsək bundan sonra hər şey yaxşılıqa doğru dəyişəcək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43