Kateqoriyasız

“Qəbələ”nin yeni transferi sıradan çıxdı

“Qəbələ” Topaz Premyer Liqasının XX turunun AZAL-la qarşılaşmasının hazırlığına başlayıb. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” bu gün bir məşqlə kifayətlənib.

Qəbələdə baş tutan hazırlıq günün ikinci yarısına təsadüf edib. Roman Qriqorçukun yetirmələri əsasən toplu çalışmalara üstünlük verib.

Məşqdə yalnız zədəli Pavol Farkaş iştirak etməyib. “Bakı” ilə XIX turun qarşılaşmasında başından zədələndiyi üçün əvəzlənən ukraynalı hücumçu Ruslan Fomin isə komanda ilə birlikdə çalışmalarda iştirak edib.

Qeyd edək ki, “Qəbələ” – AZAL oyunu fevralın 6-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43