Müsahibə

“Qəbələ”nin yeni transferindən iddialı sözlər: “İndi növbə bizdədi” – MÜSAHİBƏ

"Qəbələ"nin yeni transferi Ruslan Tağızadənin idmanxeber.com-a müsahibəsi.

– 2014-cü ildə ilk dəfə azarkeşləriniz önünüə çıxacaqsız. Rəqib isə "Qarabağ"dı. Bu görüş haqda fikirlərinizi bilmək istərdik…

Bu oyuna ciddi hazırlaşırıq. Həm öz mövqeyimizi qorumaq, həm rəhbərliyimizi, həm də azarkeşlərimizi sevindirmək istəyirik. Buna görə də, yalnız 3 xal üçün meydana çıxacağıq.

– Rəqib son turda yenilib və sizinlə oyunda daha çox istəkli olacaqlar…

Oyunun çətin və maraqlı olacağını bilirik. İnanıram ki, qələbə qazanacağıq. 

– 2012-ci ildən bu yana "Qarabağ"ı məğlub edə bilmirsiz. Bu dəfə necə olacaq?

Artıq növbə bizdədi. "Qarabağ"la oyuna yalnız və yalnız qələbə üçün meydana çıxacağıq. 

– Ən yaxın izləyiciniz olan "Neftçi" də çətin Lənkəran səfərində olacaq. Yəqin ki, bu matçın da nəticəsini diqqətdə saxlayacaqsınız.

Bizi digər komandalar maraqlandırmır. Bizə "Neftçi"nin neynəyəcəyi maraqlı deyil. Əsas öz oyunumuzdu. Əsas olan bütün oyunlarda maksimum nəticə qazanmaqdı, digərləri neynəyir etsin. 

– Maraqlıdır ki, "Qarabağ"dan sonra "Xəzər Lənkəran"ı doğma meydanınızda qəbul edəcəksiniz. Təqvimə əsasən iki iddialı klubla ard-arda qarşılaşacaqsınız.

Hə, bu çox gözəl təqvimdi. Hər iki matçda da qələbə üçün savaşacağıq. Çempion olmaq istəyiriksə bütün oyunlara axırıncı oyun kimi baxmalıyıq. 

– Komandanın çempionluq şanslarını necə dəyərləndirirsən?

Yenə deyirəm, öz əlimizdədi şans. Bu gün meydanda iki çempionluğa ən güclü namizədlər oynayacaq. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43