02 Dekabr 2020
  • Ana səhifə
  • Ölkə futbolu
  • “Qəbələ”nin yeni transferlərini yaxından tanıyaq: Muntyanu qalmaqallı futbolçunu Qəbələyə gətirdi – VİDEO
Ölkə futbolu

“Qəbələ”nin yeni transferlərini yaxından tanıyaq: Muntyanu qalmaqallı futbolçunu Qəbələyə gətirdi – VİDEO

Az öncə də xəbər verdiyimiz kimi, “Qəbələ” rumıniyalı futbolçular – Andrei Kristea və Adrian Ropotanla müqavilə imzalayıb.

İdmanxeber.com isə sizi bu futbolçularla yaxından tanış edir.

Andrei Kristea

Oynadığı ən məşhur klublar: “Styaua”, “Dinamo” (Buxarest), “Karlsrue” (Almaniya)

“Qəbələ”nin yeni transferlərindən biri olan Kristea hücumçudur. Adətən hücumun sivri ucunda oynayan 30 yaşlı təcrübəli futbolçu bəzən  yarımmüdafiəçi kimi də çıxış. edir. Kristea adətən cərimə zərbələrini daha gözəl yerinə yetirməklə diqqət çəkir.

Adrian Ropotan

Oynadığı ən məşhur klublar: “Dinamo” (Buxarest), “Dinamo” (Moskva)

Moskva “Dinamos”undan ayrıldıqdan sonra “Qəbələ”yə gələn Ropotanın ampulası dayaq yarımmüdafiəçisidi. Rumıniyalı futbolçu çıxış etdiyi klublarda adətən əsas heyətdə mübarizə aparıb. Maraq üçün onu da qeyd edək ki, 28 yaşlı futbolçu karyerası boyunca cəmi 3 qol vurub.

Modelyer Ralucayi Ogica ilə münasibətdə olan Ropiotanın adı daima qalmaqallarda hallanır. 






İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Superkubokda zədələnən Kardozonun son durumu

admin

“Neftçi”də yeni baş məşqçi

admin

Dmitri Bezotosnının gözlədiyi 62 dəqiqə

admin