16 Sentyabr 2024
İdman

“Qəbələ”yə güvənmədilər, “İnter” favorit, “Neftçi” isə…

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək 3 komandamızdan ikisinin – “İnter” və “Qəbələ”nin müvafiq olaraq “Mladost”, “Laçi”, “Dinamo” (Tblisi) ilə keçirəcəkləri matç üçün əmsallar açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, dünyanın məşhur bukmeker kontorları “Qəbələ”nin Gürcüstanda qələbə qazanmaq şansının az olduğunu qeyd edirlər. Əvəzində “İnter” “Laçi” ilə səfər matçında favoritdi. 

Maraqlıdır ki, “Neftçi” – “Mladost” matçı üçün əmsallar hələ də açıqlanmayıb. 

20:30 Laçi – İnter – 4.50 – 3.75 – 1.61

21:00 Dinamo – Qəbələ – 2.20 – 3.20 – 3.00

Qeyd edək ki, əmsallar “bwin” və “gamebookers”in rəsmi saytlarından götürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43