İdman

“Qəbələ”yə karyeramı bitirdiyimi dedikdən sonra getmişdim” – Marat İzmaylov

“Karyeramı bitirdiyimi demək çətindir. Nəzərə almaq lazımdır ki, mən artıq 4 dəfə karyeramın başa çatdığını açıqlamışam və hər dəfə bu qərarın son olduğuna əmin idim”. 

İdmanxeber.com-un məlumatına görə, bunu Rusiya milli komandasının sabiq futbolçusu Marat İzmaylov yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, karyerasını bitirdiyini açıqladıqdan sonra “Qəbələ”də, Rusiya “Krasnodar”ında və iki dəfə “Ararat”da oynamağa imkan tapıb. 

Bununla yanaşı, İzmaylov “Qəbələ”də də birgə çalışdığı Yuri Syomin barədə danışıb: “Syomin əsl futbol adamıdır. O, bütün həyatını futbola həsr edib. Futbola bağlılığı və sevgisi baxımından Yuri Palıçı Aleks Ferqyuson və Arsen Vengerlə yanaşı qoymaq olar”.

Qeyd edək ki, Marat İzmaylov “Qəbələ”də 2013-2014 mövsümünün ikinci yarısında forma geyinib. Yuri Syomin isə “qırmızı-qaralar”a həmin mövsümün əvvəlindən sonunadək rəhbərlik edib. Onlar Azərbaycan Premyer Liqasında bürünc mükafatçı, Azərbaycan Kubokunda isə finalçı olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43