Ölkə futbolu

“Qəbələ”yə meydan oxudu: “İki oyunda onlardan üstün olacağıq”

“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Bosniya və Hersoqovinanın “Şiroki Brieq” klubunun baş məşqçisi Slaven Musa püşkün nəticəsini dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, UEFA-nın rəsmi saytına danışan çalışdırıcı bunları deyib:

“Biz uzun səyahətin qarşısını almaq istəyərdik. “Qəbələ” bizim üçün naməlum komandadır. Cavab matçını evdə keçirməyimiz yaxşıdır. Ümid edirəm ki, iki oyunda Azərbaycandan olan rəqibimizdən üstün olacağıq”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 3-də Qəbələdə, cavab qarşılaşması isə bir həftə sonra Bosniya və Hersoqovinada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43