İdman

“Qələbəmizi azarkeşlər gözəlləşdirdi” – Qurban Qurbanov

“Bu gün nəticəmizi, oyunumuzu gözəlləşdirən azarkeşlər oldu. Oyuna necə hazırlaşmışdıqsa futbolçular maksimum tapşırığın öhdəsindən gəlməyə çalışdı. Bu oyun heç də asan olmadı. Hər bir halda qalib gəldik. Futbolçularım BATE ilə oyuna hazır olmalıdılar”.

İdmanxeber.comun məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Təcrübəli çalışdırıcı BATE haqqında heç bir informasiyaya sahib olmadığını bildirdi:

“BATE haqda heç nə bilmirəm. Əsas məqsədimiz bu oyunda qələbə qazanmaq idi. BATE ilə bağlı informasiyanı sabahdan toplamağa başlayacağıq”.

Ağdam klubunun baş məşqçisi daha sonra Magir Mədətovun qaçırdığı qol epizodlarına da toxunub:

“Bu gün Mahirin oyunu məni qane etdi. Əgər o, bu gün 3 real qol vəziyyətinə düşdüsə bu onun gələcəkdə daha yaxşı forvard olacağına işarədi. Düzdü, epizodları dəyərləndirə.bilməməsi təəssüfedicidi. Biraz tələsir, biraz ustalıq səviyyəsi çatmır və s… bu gün onun oyunu məni tam qane etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43