Milli komanda

Qələbənin memarlarından biri: “Mümkünsüz heç nə yoxdu”

"Bu gün qələbə qazandığımıza görə şadıq. İstədiyimiz futbolu bəlkə ortaya qoya bilmədik, ancaq vacib olan 3 xalı qazandıq və yolumuza davam edirik. Əsas məsələ qələbə qazanıb, azarkeşlərimizi sevindirmək idi. Doğma publika önündə qələbə qazandığımıza görə şadıq. Qələbəni bütün Azərbaycan xalqına həsr edirik".

Bu sözləri İdmanxeber.com-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev deyib.

Norveçlə oyunun (1:0) ən yaxşılarından olan yarımmüdafiəçi 3 gün sonra qarşılaşacaqları Çexiya millisi haqda da fikirlərini bölüşüb:

"Düzdü bu gün qələbə qazandıq. Ancaq 3 gün sonra bizi çətin Çexiya səfəri gözləyir. Ciddi rəqibdi və oradan xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mümkünsüz heç nə yoxdu. Komandada yaxşı ab-hava var. Qələbənin gətirdiyi sevinclə Çexiyaya yollanırıq. Ümid edirik ki, yenə azarkeşlərimizi sevindirəcəyik".

Qeyd edək ki, Çexiya – Azərbaycan oyunu oktyabrın 11-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43