Kateqoriyasız

Qələbəyə həsrət komandanın baş məşqçisindən xəbərdarlıq

“Rəvan” Premyer Liqada 4-cü turu çərçivəsində keçiriləcək “İnter”lə oyunun hazırlıqlarına başlayıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə,  bərpaedici tədbirlərdən sonra dünən futbolçular yenidən yaşıl meydanda çalışmalarını davam etdirdi. “Bayıl stadionu”nda baş tutan məşqdən öncə son oyundakı acı məğlubiyyətin detalları araşdırıldığından və baş məşqçi Vladislav Qədirov yetirmələrinə ciddi iradını bildirdiyindən hazırlıq həmin səhvlərin aradan qaldırılması üzərində işə həsr olunub. Futbolçularla tək-tək söhbət edən Qədirov onlardan nə tələb etdiyini bir daha oyunçuların diqqətinə çatdırıb. 42 yaşlı mütəxəssis hətta son oyunda buraxılan səhvlərin bir daha təkrarlanmamsı üçün bəzi detalları bir neçə dəfə xüsusi vurğulayıb. Saat yarımlıq müddəti əhatə edən məşqdə toplu çalışmalara, qapıya zərbələrə, cinah keçidlərinə, hücumların tamamlanması üzərində işə də vaxt ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43