İdman

Qətər millisi Amerika Kubokunda iştirak edəcək

Futbol üzrə Qətər milli komandası 2019-cu ildə keçiriləcək Amerika Kubokunda iştirak edəcək.

İdmanxeber.com-un məlumaıtna görə, asiyalılar yarışın təşkilatçılarından gələn təklifi müsbət dəyərləndiriblər.

Amerika Kuboku gələn il 7 – 30 iyunda Braziliyada keçiriləcək. Yarışda Cənubi Amerikanın 10, digər konfederasiyaların isə 6 təmsilçisi iştirak edəcək. Qətər kollektivi ilə yanaşı, Meksika, Yaponiya və Çin yığmalarnın da yarışa qatılacaqları dəqiqləşib.

Qeyd edək ki, 1910-cu ildə təsis edilmiş yarışda Cənubi Amerikanın 10 yığması – Argentina, Boliviya, Braziliya, Venesuela, Kolumbiya, Paraqvay, Peru, Uruqvay, Çili və Ekvador iştirak edib. 1993-cü ildən Amerika Kubokuna Meksika millisi, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasından (CONCACAF) bir komanda qatılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43