Kateqoriyasız

“Qeye penalti ilə azərbaycanlıların diqqətini çəkdi”

“Qarabağ”ın hücumçusu Maqaye Qeyenin “Everton” karyerasına toxunulub.

İdmanxeber.az-ın məlumatına görə, “Liverpool Echo” nəşri “Everton”un sabiq futbolçuları barədə yazı dərc edib. Yazıda hazırda “Qarabağ”da forma geyinən Qeyenin Liverpul təmsilçisində dörd mövsüm oynadığı və bir qol vurduğu qeyd edilib:

“Adanaspor”da üç uğurlu mövsüm keçirdikdən sonra Qeye “Osmanlıspor”a keçdi. Maqaye 2019-cu ilin yayından “Qarabağ”dadır. O, Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə ilk oyununda (2:3) “Panenka” penalti ilə azərbaycanlıların diqqətini çəkdi”.

Qeyd edək ki, seneqal əsilli fransalı futbolçu 2010-2014-cü illərdə “Everton”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43