Ölkə futbolu

Qırğızıstan – Azərbaycan matçının hakimləri müəyyənləşdi

Noyabrın 19-da Bişkek şəhərindəki “Dolen Omurzakov” adına stadionda keçiriləcək Qırğızıstan – Azərbaycan yoldaşlıq oyununu qazaxıstanlı hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Artyom Kuçin, onun köməkçiləri isə Sergey Vassyutim və Serik Jappasbayev olacaq.

Qeyd edək ki, Qırğızıstan – Azərbaycan oyunu noyabrın 19-da, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43