Milli komanda

Qırğızıstan – Azərbaycan oyununun vaxtı bilindi

Azərbaycan milli komandasının Qırğızıstan yığması ilə yoldaşlıq oyununun keçiriləcəyi stadion və başlanma vaxtı müəyyənləşib. Noyabrın 19-dakı qarşılaşma Bişkek şəhərində təşkil olunacaq.
Oyun Qırğızıstan paytaxtının Dolen Omurzakov adına stadionda keçiriləcək. Yoldaşlıq görüşü yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacaq.
Qeyd edək ki, bu Bişkekdəki oyun millimizin 2013-cü ildə son qarşılaşması olacaq.
Mənbə: affa.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43