Ölkə futbolu

Qırğızıstanın baş məşqçisi millimizi təriflədi

“Bu matç ilin son oyunu olacaq. Bu baxımdan Azərbaycanla görüş bizim üçün çox vacibdir. Futbolçular artıq çox yorulublar. İstirahətə ehtiyacları var. Son oyunda yaxşı nəticə qazanmağa çalışacağıq. Azərbaycanla oyundan sonra futbolçular istirahətə yollanacaqlar”.

Bu sözləri Qırğızıstan millisinin baş məşqçisi Sergey Dvoryankov yığmamızla keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin top komanda olduğunu bildirib: “Nəinki Azərbaycan millisi Avropa zonasının istənilən yığması bizim üçün top komandadır. Heç kəsə sirr deyil ki, digər komandaların sərgilədiyi oyunu biz son zamanlar nümayiş etdiririk. Ona görə bu görüş bizim üçün böyük təcrübə olacaq”.

Qeyd edək ki, Qırğızıstan – Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.    


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43