Ölkə futbolu

“Qırmızı-qaralar” paytaxtda başladı

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub, vətənə qayıdan “Qəbələ” hazırlıqlarını bərpa edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, ölkəyə qayıtdıqdan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gələrək ilk məşqinə çıxıb.

Azərbaycan Premyer Liqasının XIX turunun “Bakı” ilə oyununun hazırlığına başlayan Roman Qriqorçukun futbolçuları günü səhər məşqi ilə tamamlayıb. Paytaxtda baş tutan məşq prosesində toplu çalışmalar və fiziki hazırlığa üstünlük verilib. Məşqdə yalnız zədəli Pavol Farkaş iştirak etməyib.

Sabah komanda oyunöncəsi son məşqini keçirəcək. Hazırlıqlar matçın oynanılacağı “Bakı” klubunun təlim-məşq bazasında keçiriləcək.

Qeyd edək ki, “Bakı” – “Qəbələ” oyunu  fevralın 1-i, saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43