Milli komanda

Qismət Alıyev: “Əsas məqsədim milli komandaya dəvət almaqdır”

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsini qələbəsiz başa vurdu.

Avropa çempionatının seçmə mərhələsinin sonuncu turunda milli komandamız Norveçlə heç-heçə edib. Oyundan sonra futbolçumuz Qısmət Alıyev görüş barəsində fikirlərini bildirirb:

“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin oyununu izləyib zəif və güclü tərəflərini təhlil etmişdik. Bu oyuna tam hazır gəlmişdik. İlk dəqiqələrdən qol vuraraq hesabda irəli çıxdıq. Oyunun sonlarına yaxın öz səhvimizdən qapımızdan qol buraxdıq. Düşünürəm ki, çox yaxşı, əzmkar mübarizə apardıq. Seçmə mərhələdə sonuncu oyunum idi. Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdır”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43