Dünyadan

“Qızıl top”u Ronaldo qazanacaq!

spaniyanın məşhur  “Mundo Deportivo”  qəzeti “Qızıl top” mükafatının qalibinin bəlli olduğunu yazıb.

İdmanxeber.com-un məlumatına görə, “France Football” nəşrinin sorğusuna əsasən, Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştianu Ronaldo rəqiblərini qabaqlayıb.

Qalibin mükafatlandırılma mərasimi dekabrın 12-də keçiriləcək. Ancaq Ronaldo artıq “Qızıl top”u qazanması haqda məlumatlandırılıb.

Qeyd edək ki, “Qızıl top”a namizədlər arasında Ronaldo ilə yanaşı Lionel Messi və Antuan Qrizmann da var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43