20 Sentyabr 2024
Dünya futbolu

“Qızıl top”un qalibi bu tarixdə bəlli olacaq

“Qızıl top” mükafatının veriləcəyi tarix açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, ötən mövsümün ən yaxşısının adına aydınlıq gələcəyi mərasim oktyabrın 28-də keçiriləcək. Tədbir Fransanın paytaxtı Parisdə baş tutacaq.

“Qızıl top”u qazanmağa namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2023-cü ildə argentinalı Lionel Messi bu mükafata sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43