Dünya futbolu

“Qızıl top”un sahibi müəyyənləşdi

Bu gecə “France Football” jurnalı tərəfindən dünyada ən yaxşı futbolçuya verilən “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç “Qızıl top”un sahibi olub. Səsvermədə  Kriştiano Ronaldo (Portuqaliya, “Real”/”Yuventus”) ikinci, Antuan Qrizmann (“Atletiko”, Fransa) üçüncü olub. Kilian Mbappe (Fransa, PSJ) dördüncü, Lionel Messi (Argentina, “Barselona) beşinci pillədə yer alıb.

Beləliklə, karyerasında ilk dəfə bu mükafatı qazanan L.Modriç 2008-ci ildən bəri davam edən Messi – Ronaldo hegemoniyasına da son qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43