İdman

Qızlardan ibarət millimiz uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda yoldaşlıq oyunu keçirib.
İdmanxeber.com-un məlumatına görə, komandamız “Dalğa Arena”da Rusiyanın 16 yaşadək qızlardan ibarət yığması ilə qarşılaşıb. Görüş millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, yığmamız eyni rəqiblə növbəti oyununu aprelin 28-də keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43