Dünya futbolu

Qol buraxan qapıçı stadiondan qaçdı – VİDEO

Braziliya B Seriyasının III turu çərçivəsində “Fiqeyrense” – “Boa Esporte”  (0:2) oyununda maraqlı hadisə yaşanıb.

Oyunun 25-ci dəqiqəsində qapsından kuryoz qol buraxan meydan sahiblərinin qapıçısı Fabio fasilə ərəfəsində yoxa çıxıb. Məşqilər onun əvəzinə ehtiyat qapıçı Rodrigezi meydana buraxıblar.

Sonradan “Fiqeryense”nin heyətində ilk oyununa çıxan “çərçivə qoruyucusu”nun sifariş etdiyi taksi ilə stadiondan qaçdığı bəlli olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43