05 Oktyabr 2022
Kateqoriyasız

“Qol vursam da, istədiyim kimi oynaya bilmədim” – Mahir Emreli

“Dinamo”nun futbolçusu Mahir Emreli yoldaşlıq oyununda “Nafta”nı (Sloveniya) məğlub etdikləri matçdan (3:0) sonra açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, komandasının sonuncu qoluna imza atan forvard bunları söyləyib:

“Ötən il hazırlığı qaçırmışdım. Mənim üçün çətin idi, amma indi özümü yaxşı hiss edirəm. Yaxşı oynadıq. Özümdən daha çox şey gözləyirəm.

Qol vursam da, istədiyim kimi oynaya bilmədim. Səhər məşqə çıxmışdıq, asan olmadı. İnanıram ki, ilk rəsmi oyuna kimi formada olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Ramil Şeydayev: “Ürəkdən oynamayan varsa, dərhal millidən uzaqlaşdırılmalıdır”

admin

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

admin

“Qarabağ”ın futbolçusu millidə

admin