14 Noyabr 2019
Kateqoriyasız

“Qollara görə sevincli, nəticəyə görə üzgünəm” – Ağabala Ramazanov

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda evdə Rumıniyanın “Universitatya Krayova” klubuna 2:3 hesabı ilə uduzan “Səbail”in hücumçusu Ağabala Ramazanov açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmada dubl edən 26 yaşlı futbolçu üzgün olduqlarını deyib:

“Vurduğum qollara görə sevincliyəm. Hesab üçün mən də üzgünəm. Evdə üç top buraxmaq bizi məyus edir. Səfərdə belə rəqiblə oynamaq çətin olacaq. Ancaq ikinci oyuna ciddi hazırlaşacağıq. Ancaq bir-birimizi aldatmalı deyilik. Rəqib çox güclüdür. Büdcələrinə görə bizdən 5-6 qat üstündürlər. Çalışacağıq ki, yaxşı mübarizə aparaq və nəticə qazanaq”.

Oxşar xəbərlər

“Qarabağ” – “Sevilya” matçına doğru: Satışa çıxarılan biletlər tükənir

admin

TV AFİŞA: Günün oyunları bu kanallarda

admin

Millimizin üzvü “Levante” ilə yeni müqavilə imzaladı

admin