Müsahibə Ölkə futbolu

Qoran Paratski: “Rəqib ancaq müdafiə olunurdu”

Azərbaycan kubokunun yarımfinalçıları bəlli olub

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlsə də, evdə 2:0 uduzduğu üçün növbəti mərhələyə keçə bilməyib. Oyundan sonra qonaq komandanın futbolçusu Qoran Paratski görüş barəsində jurnalistlərin suallarını cavablandırıb.

“Çox çətin olacağını bilrdik. İlk oyunu uduzduğumuz üçün bu gün yaxşı nəticə qazanmalıydıq. Düşünürəm ki, bu gün əsl xarakter göstərdik. Qol vurmaq üçün bir-iki epizod olsa da, yararlana bilmədik. Rəqib ancaq müdafiə olunurdu. Ev oyunundakı nəticəyə görə mərhələni keçə bilmədik”

-Son turlardakı oyunlara baxsaq komandanın bir eniş dövrü yaşadığını deyə bilərik ?

-Bu komanda çox müdafiə olunurdu. Ancaq biz də sona qədər mübarizə apardıq. Deməzdim ki, bir eniş dövrü yaşayırıq. Futbolun içidə belə şeylər var.

-“Neftçi” uzun müddətdir çempion ola bilmir. Demək ola bilərmi ki, kubok sizin üçün biraz ikinci planda qaldı ?

-Xeyr, ikinci planda deyildi. Çempionat artıq fasilədir. Biz bütün fikirlərimizi bu oyuna cəmləmişdik. Lakin təəssüf ki, alınmadı. Mərhələni keçməyi çox istəyərdik.

-“Qarabağ” çempionatda  xal fərqini 3-ə endirib. Bir yandan da kubokdan vidalaşdınız. Komandanın fasiləyə çox mənfi əhval ruhiyyədə yollandığı demək olar ?

-Komandada əhval-ruhiyyə qaydasındadır. Bu  sadecə kubok oyunudur. Biz hələ də çempionatın lideriyik. Fasilədə daha da çox çalışıb güclü bir şəkildə yolumuza davam edəcəyik.

-“Neftçi”nin əsas tərfədar qrupu olan “Forza Neftçi” iki oyundur tribunada yoxdur. Onların olmaması sizə nə dərəcədə təsir edir ?

-Açığı, onların stadiona niyə gəlmədiklərini bilmirəm. Təbii ki, onları gəlməsi, bizi dəstəkləməsi çox yaxşı haldır. Ümid edirəm ki, ən qısa vaxtda öz yerlərinə qayıdarlar. Çox təəssüf ki, bu gün də yox idilər.

Oxşar xəbərlər

“Rəvan”dan göndəriləcək daha bir futbolçunun adı bəlli oldu – ÖZƏL

admin

“Neftçi” azarkeşlərini sevindirəcək xəbər

admin

I divizio​nda 4 oyunda 16 qol vuruldu

admin