Ölkə futbolu

Qoran Paratski “Səbail”lə oyunu buraxa bilər

“Neftçi”nin heyətində ciddi itki.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin xorvatiyalı futbolçusu Qoran Paratski “Zirə”ylə qarşılaşmada ayağından zədə alıb. Oyunçunun zədəsinin ciddi olduğu və növbəti turda komandasına kömək edə bilməyəcəyi bildirilir.

Qeyd edək ki, “Neftçi” komandası çempionatın VI turunda “Səbail”lə qarşılaşacaq..


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43