Kateqoriyasız

Qoran Sabliç: “Bacara bilmədik”

“Şerif” Avroliqaya vida elədi

İdmanxeber.az-ın məlumatına görə, bu gün Avroliqanın pley-off mərhələsinin cavab qarşılaşmasında “Şerif” komandası “Qarabağ”ın qonağı olub. Matçın ardından Moldoviya təmsilçisinin baş məşqçisi Qoran Sabliç oyun barəsində fikirlərini bölüşüb.

“Nə demək olar. Rəqibi təbrik edirik, qrup mərhələsinə vəsiqə qazandılar. Bu gün güclü olan tərəf qələbə qazandı. Biz onların gücünə bələd idik. Demək olar ki, birinci hücumlarında qol vurdurlar. Bu da elə oyunun nəticəsini həll etdi. İkinci hissə təəssüf ki, oyuna heçnəyimiz qoya bilmədik”.

-Dünən özünüzə çox əmin idiniz. Bu gün məğlub oldunuz. Sizcə, “Qarabağ” çox güclü idi yoxsa, siz aciz idiniz?

Razıyam ki, rəqib çox yaxşı oynadı. Bəzi oyunçularımız çox aşağı səviyyədə çıxış etdilər. Təbii ki, nəticə oyuna görə idi. Təkrar edirəm rəqibin gücünə bələd idik. İlk oyundan sonra səfər oyununda da qol vurmaq lazım idi. Biz bunu bacara bilmədik.

-İlk oyundan sonra ölkə mətbuatına demişdiniz ki, “Qarabağ” məni heçnə ilə təəccübləndirmədi? Bəs bu gün  “Qarabağ” sizi təəccübləndirdi ?

-Mən həmişə rəqib haqqında xoş sözlər demişəm. Onların səviyyəli oyunçuları olduğunu bildirmişəm. Öz oyunları, bəlli bir sistemləri var.

-Oyundan sonra Q.Qurbanova nə dediniz ?

Nə deyə bilərəm?  Təbii ki, təbrik etdim.

-“Qarabağ”ın qrup mərhələsində şansını necə görürsünüz ?

Orada nə olacağını bilmirəm. Bizim üçün çox çətin rəqib idilər. Çlaışacayıq ki, gələn mövsüm daha yaxşı hazırlaşıb hədəflərimizə nail olaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43