17 Avqust 2022
Kateqoriyasız

“Qorxulu günlər yaşayırıq” – Vaqner

“Qarabağ”ın qapıçısı Vaqner da Silva açıqlama verib. O, “Globoesporte” nəşrinə koronavirus pandemiyası ilə bağlı Azərbaycanda yaranan durumdan danışıb.

“Məkbətlər bağkıdı. Ticarət mərkəzləri işləmir, restoranlar məhdud saatlarda açıqdı. Küçələrdə insanlar azdı, uçuşlar ləğv edilib. Qorxulu günlər yaşayırıq. İran Azərbaycanla həmsərhəddi, Çin və İtaliya ilə birlikdə koronavirusa görə ölüm hadisəsinin çox olduğu ölkələrdən biridi”.

Vaqner çempionatın təxirə salındığını və hazırda evdə olduğunu vurğulayıb: “İşə qayıtmaq üçün ikinci əmri gözləyirik. Bu pandemiyadan xəbərdar olmaq və hamının yaxşılığı barədə düşünmək vacibdir. Mən ölkəmdən çox uzaqdayam və ümid edirəm ki, Braziliyada lazım olan addımlar atılır. İnanıram ki, bu virus Braziliyada o qədər də güclü bir şəkildə yayılmır, hər şey yaxşı ola bilər. Orada ailə üzvlərim var, dua edirəm ki, virus tezliklə keçsin və normal həyata qayıda bilək. Çox şey gücümüzdən asılıdır və əminəm ki, Tanrının köməyi ilə hər şey qısa müddətdə normallaşacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Malta – Azərbaycan oyununun stadionu məlum oldu

admin

FIFA millimizin üzvünü cəzalandırdı

Millimizin səbəti bəlli oldu

admin