Ölkə futbolu

Qovulanlar – ARAŞDIRMA

Azərbaycan Premyer Liqasında 2013/2014 mövsümünə yekun vuruldu.

İdmanxeber.com-un məlumatına görə, geridə qoyduğumuz mövsüm bir çox məqamları ilə diqqət çəkdi.

Biz sizi cari mövsümdə ən çox qırmızı vərəqə alan komandalarla tanış edəcəyik. 

Beləliklə geridə qoyuduğumuz 36 tur ərzində ən çox kobudluqla yadda qalan komanda “Neftçi” olub. Premyer Liqada mövsümü titulsuz başa vuran paytaxt klubunun üzvləri 13 qırmızı vərəqə ilə siyahıya başçılıq edirlər. “Ağ-qaralar”ın heyətində ən çox qımırızı vərəqə alan futbolçu Elvin Yunuszadədi. O, forma geyindiyi oyunlarda 3 dəfə meydandan qovulub.

Siyahıda ikinci pillədə 9 qırmızı vərəqə ilə “Sumqayıt” qərarlaşır. İlk “üçlüy”ü isə birincin diviziona yuvarlanan “Rəvan” qapayır – 8 qırmızı.

Çempionatın intizamlı komandası isə sössüz ki, “Qarabağ”dı. Ağdam klubunun geridə qalan 36 turda heç bir futbolçusu hakimin sərt qərarına tuş gəlməyib. Bu göstəricidə “İnter” ikinci (1 qırmızı vərəqə), “Xəzər Lənkəran” isə üçüncüdür – 2 qırmızı.

“Neftçi” 13 qırmızı vərəqə: Elvin Yunuszadə (3), Saşa Stamenkoviç, Mahir Şükürov, Bertuççi (2), Flavinyo, Tərlan Quliyev, Karlos Kardozo, Mirhüseyn Seyidov, Araz Abdullayev (2)

“Sumqayıt” 9 qırmızı vərəqə: Vurğun Hüseynov (2), Kərim Diniyev, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov (2), Samir Abasov, Nodar Məmmədov, Uğur Pamuk

“Rəvan” 8 qırmızı vərəqə: Miloş Adamoviç, Ramazan Abbasov, Mişel Blakoq (2), Hüseyn Axundov, Lukaş Sapela, Cəmşid Məhərrəmov, Orxan Llayev

“Bakı” 6 qırmızı vərəqə: Deyvid Çesnauskis, Cavid Hüseynov, Aqil Məmmədov, Şəhriyar Əliyev, Vüqar Mustafayev, Araujo Santos

AZAL6 qırmızı vərəqə:Oskar Klava, Aleksandr Şemonayev (2), Ailton, İqbekoe, Kərim Diniyev, Murad Ağayev

“Qəbələ” 5 qırmızı vərəqə: Vlodemir Levin, Amit Quluzadə, Müşviq Teymurov, Elınur Allahverdiyev, Ebesilio

“Simurq” 5 qırmızı vərəqə: İlkin Qırtımov ((3), Draqan Çeran, İdan Vaytsman

“Xəzər Lənkəran” 2 qırmızı vərəqə: Ağabala Ramazanov, Adrian Skarlatake,

“İnter” 1 qırmızı vərəqə: Abdulla Abatsiev

“Qarabağ”


Səxavət



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43