NBA-də “Milouki Baks” baş məşqçisini istefaya göndərib.
İdmanxeber.az-ın məlumatına görə, ötən ilin yayından komandanı idarə etməyə başlayan Edrian Qriffin qovulub. Qriffin 15 illik köməkçi məşqçi təcrübəsindən sonra Baks baş məşqçi kimi ilk iş yeri idi.
49 yaşlı mütəxəssis Dok Riversın əvəz edəcəyi gözlənilir.