Bir çox klub Qrinvudun “Xetafe”dəki performansını yaxından izləyir.
İdmanxeber.az “TheAthletic”ə əsasən xəbər verir ki, bu klublar arasında “Barselona” da var. Katalon klubu 22 yaşlı vinger üçün yayda “Mançester Yunayted”lə görüşəcək.
Qrinvud ötən ilin yayında icarə əsasında “Xetafe”yə keçib. O, bu mövsüm 25 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.