Dünya futbolu

Qriqorçuk “Dinamo Kiyev”ə keçə bilər

Qriqorçuk Ukraynaya yollana bilər.

Ukrayna mətbuatıın yazdığı xəbərlərə görə, son turlardakı uğursuz oyunlar və komandanın Çempionlar Liqasından kənarda qalması belaruslu çalışdırıcı Aleksandr Xatskeviçin istefaya göndərilməsi ilə nəticələnə bilər. Xəbərdə 44 yaşlı mütəxəssisi əvəzləyəcək namizdələr arasında “Qəbələ” komandasının sabiq çalışdırıcısı Roman Qriqorçuk var.

Qeyd edək ki, hazırda şəxsi işləri ilə bağlı “Astana”dan müvəqqəti olaraq ayrılan Qriqorçukun “Dinamo”dan təklif gələcəyi halda, bunu qəbul edə biləcəyi bildirilir.
İdmanxeber.az

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43