Ölkə futbolu

Qriqorçuk heyəti açıqladı

“Qəbələ” bu gün Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, rəqib Albaniyanın “Partizani” klubudur.  Matç Bakı vaxtı ilə 18:00-da start götürəcək.

“Qəbələ”nin heyəti aşağıdakı kimidir: 22. Dmitri Bezatosnı, 21. Roman Hüseynov, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 7. Nika Kvekveskiri, 6, Rəşad Sadiqov, 77. Araz Abdullayev, 14. Cavid Hüseynov, 10. Ruslan Qurbanov, 9. Sergey Zenyov.

Ehtiyat oyunçular: 33. David Petrkeviç, 20. Rikardinyo, 44. Rafael Santos, 88. Tellur Mütəllimov, 4. Elvin Camalov, 32. Rəşad Eyyubov, 11. Asif Məmmədov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43