03 Avqust 2020
Kateqoriyasız

Qriqorçuk millimizdə işləməyə hazırdı – Açıqlama

Qazaxıstanın “Astana” klubundan ayrıldıqdan sonra işsiz qalan “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçuk gələcək planlarından danışıb.

55 yaşlı mütəxəssis Ukrayna mətbuatına açıqlamasında adının bir müddət əvvəl Azərbaycan millisi ilə hallanmasına münasibət bildirib:

“Bu suallara həmişə belə cavab verirəm: şərh yoxdu. İndi müasir dünyada fərqli məlumatlar yayılır, eləcə də idman mediasında. Bəzən haradan gəldiyini belə başa düşmək çətindi. Şərh verməklə belə söhbətləri daha da gücləndirmiş oluruq. Digər tərəfdən, milli komandalarda mümkün işlə bağlı fikrimi bildirmişdim, bu təcrübə mənə maraqlı gəlir. Milli komanda və klubda işləməyə hazıram. Əlbəttə, bunlar fərqli işlərdi. Əvvələr özümü yığmanın baş məşqçisi kimi təsəvvür edə bilmirdim. Ancaq son bir-iki ildə bu yöndə fəlsəfəm düzəldi və bu işə hazır olduğumu görürəm”.

Ukraynalı mütəxəssis 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb və bölgə klubunu 2 dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Futbol həsrəti ilə ölən Şəhriyar – VİDEOSÜJET

admin

“Mançester Yunayted”in futbolçusu “İnter”də

admin

Maradonanın yeni klubu bəlli oldu

admin