Ölkə futbolu

Qriqorçuk: “Oyunçular biraz gərgin olduğundan…”

“Matça psixoloji, emosional hazırlıq baxımından böyük iş görmüşdük. İlk yarıda bu mənada hər şeyin alındığını deyə bilmərəm. Oyunçular bir az gərgin olduğundan bizə xas olmayan xətalar buraxırdıq. Fasilədə də bu emosional gərginliyi aradan qaldırmağa çalışdıq. Bu da bizə daha yaradıcı oynamaq, topa nəzarət imkanı verdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə “Maribor”a 0:1 hesablı məğlubiyyətə baxmayaraq iki oyunun nəticəsinə (ilk matç: 3:1) görə qrup mərhələsində oynamağa haqq qazanmış “qırmızı-qaralar”ın çalışdırıcısı oyundan sonra mətbuat konfransında açıqlama verib.

 

Ukraynalı mütəxəssis fikirlərini bu cür ifadə edib: “Qarşılaşmanın sonunda emosiyalarımı saxlamağa, təmkinli olmağa çalışırdım. Oyunu diqqətlə izləyirdim ki, nəyi dəyişmək lazım olduğunu görüm. “Maribor”la qarşılaşmaya tam konsentrasiya olmuşduq. Matçın gedişində lazım olan müdaxiləni etməyə hazır idik. Ötən mövsümdə də, indi də yayda heyəti yeniləyib, oyun quruculuğu üzərində işləyib, nəticə də qazandıq. Bu iki komanda arasında fərq görmürəm, onları sevir, hörmət edirəm. Bu iki illə fəxr edir, oyunçularıma təşəkkür edirəm. Qarşıda bizi qrup mərhələsi gözləyir. Təkmilləşməkdə davam edəcək, inkişafa çalışacağıq. Nəticə qazanmaq istəyirik. Qrup mərhələsi üçün qlobal vəzifəmiz olmayacaq. Avropa Liqasında ilk oyunu gözləyirik. Bu görüşdə qalib gəlmək, yaxşı futbol göstərmək niyyətindəyik. Transfer pəncərəsinin sonuna qədər 5 gün vaxtımız var. Komandamıza bir hücumçu və bir universal oyunçu lazımdır. Filip Ozobiçin fərqlənməsinin qarşısının alınmasına gəlincə, qapı istiqamətində güclü zərbə endirilirsə və top kimdənsə dönürsə, bunu birinin bəxtinin gətirməsi, digərində isə gətirməməsi ilə izah etmək olar”.(klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43